Metro Tycoon
Bakı metrosunda qatar sürmə və biznes qurma oyunu: metronu qur, qatarı sür, milyonçu ol. İçərişəhərdən Həzi Aslanova qədər stansiya aç, coin yığ, maneələri keç, gizli kodları tap.
Metro Tycoon Bakı metrosunda keçən qatar sürmə və biznes qurma oyunudur. Qatarı İçərişəhərdən Həzi Aslanova qədər sürürsən. Yol boyu yeni stansiyalar açırsan: qatar orada dayanır, sərnişin götürür və sənə bonus verir.
Yol boyu düzülmüş coinləri toplayıb pul qazanırsan. Qazancla vaqon, bilet, avtopilot, qatar və yol dizaynları, sürücün üçün paltar və kostyumlar alırsan, xarakterini dəyişirsən (Kamran, Leyla və başqaları).
Oyunda iki valyuta var: manat və dollar (2 ₼ = 1 $). Əvvəlcə 2 milyard manat və 1 milyard dollara qədər yığa bilərsən, sonra deponu artırıb limiti 8 milyarda qaldırırsan.
- Maneələr: yanğını şlanqla söndür, daş divarı silahla və ya Boşluq düyməsi ilə qır, elektrik telini ekrana toxunub kəs, qırıq relsi təmir et.
- Buz: 28 May-dan sonra yol buz bağlayır, qatar sabit sürətlə sürüşür. Təkər yüksəlişi buzdan keçmə müddətini 8 saniyədən 3-ə endirir.
- Sirlər: stansiyalarda tapmaca kimi gizlədilmiş kodlar gizli "İnterfeys 2"-ni açır. 100 milyon manatı almaza çevirsən, sirli "Sevgi xətti" açılır.
- Onlayn: 2 oyunçu yarışı, hesab sistemi (istənilən cihazdan giriş), hədiyyə kodları, gündəlik bonus.
- Ədalətli oyun: autoclicker aşkarlanır, söyüş işlədən hesab bloklanır.
- İdarəetmə: telefonda ekrana basıb saxla, kompüterdə W / S və ya ↑ / ↓. Dillər: Azərbaycan, ingilis, rus.