MESAJ

Mənə yazın

Mesajınızı yalnız mən görürəm. Cavabı göstərdiyiniz telefon və ya e-poçta yazacam.

← Bütün layihələr
Tədqiqat · Alətcanlı02 / 10

ProvGuard

AI agentlərini prompt injection hücumlarından qoruyan açıq mənbəli Python kitabxanası. Mətnin zərərli olub-olmadığını təxmin etmir, hər həssas arqumentin hansı mənbədən gəldiyini yoxlayır.

provguard.vercel.app
ProvGuard — ekran görüntüsü 1ProvGuard — ekran görüntüsü 2ProvGuard — ekran görüntüsü 3ProvGuard — ekran görüntüsü 4
LIVE
NƏ EDİR

AI agentləri yad adamların yazdığı e-poçtları, veb səhifələri və sənədləri oxuyur, sonra pul köçürmə, məktub göndərmə kimi real əməliyyatlar edir. Hücumçu mətnin içinə gizli əmr yazıb agenti idarə edə bilər.

ProvGuard bu problemi fərqli yolla həll edir. Agentin gördüyü hər mətni etiketləyir (etibarlı və ya etibarsız), alət çağırılmazdan əvvəl isə hər arqumentin (alıcı, IBAN, məbləğ) haradan gəldiyini yoxlayır. Yalnız e-poçtda görünən IBAN, e-poçt necə yazılmasından asılı olmayaraq, pul köçürə bilməz.

Saytda brauzerdə işləyən playground var: agenti "hijack" edib ProvGuard-ın necə qərar verdiyini canlı görmək olar. Nəticələr AgentDojo (ETH Zürich) benchmark-ında ölçülüb.

33%→0%
Canlı Qwen3 8B agentində hücum uğuru ProvGuard ilə belə düşdü. AgentDojo bank hücumlarının 144/144-ü dayandırıldı.
ƏSAS XÜSUSİYYƏTLƏR
  • AgentDojo, modelsiz: bank 144/144 (100%), Slack 97/105 (92%), workspace 200/240 (83%), travel 79/120 (66%).
  • Canlı agent: Qwen3 8B-də hücum uğuru 16/48-dən 0/48-ə düşdü, faydalılıq ölçülə biləcək qədər azalmadı.
  • Açıq məhdudiyyətlər: nəyi tuta bilmədiyi README-də açıq yazılıb.
TEXNOLOGİYALAR
PythonLLM agentsAgentDojoOllama