GraphGuard IoT
IoT şəbəkəsində ələ keçirilmiş cihazları (botnet) tapan qraf neyron şəbəkələrinin hücuma davamlılığını ölçən interaktiv benchmark.



Ağıllı evlərdə, zavodlarda minlərlə IoT cihazı bir-biri ilə danışır. Onlardan biri ələ keçiriləndə onu tapmaq üçün qraf neyron şəbəkələrindən (GNN) istifadə olunur. Bu layihə həmin detektorların hücum altında nə qədər davam gətirdiyini ölçür.
GCN, GAT və GraphSAGE modelləri 1500 cihazlı IoT şəbəkəsində öyrədilib. Sonra iki yolla hücuma məruz qalıblar: şəbəkə əlaqələrini dəyişməklə (gradient və DICE hücumları) və botların öz trafikini dəyişməklə (PGD). DropEdge, kosinus budama və adversarial təlim müdafiələri müqayisə olunur.
Sayt interaktivdir: hücum gücünü sürüşdürüb hər modelin necə çökdüyünü izləmək olar. 5 seed, hər rəqəm bir əmrlə təkrarlanır.
- Yalnız GraphSAGE qrafdan real fayda görür (F1 0.81, AUC 0.97).
- Struktur hücumları 3–8 F1 bal azaldır.
- Heç bir müdafiə pulsuz deyil və heç biri koordinasiyalı yayınmanı tam həll etmir.